Sibel Can azərbaycanlı iş qadınının şəxsi qonağı olacaq – EKSKLÜZİV
    • 11-02-2019, 12:15
    • 1 686

Sibel Can azərbaycanlı iş qadınının şəxsi qonağı olacaq – EKSKLÜZİV

Türkiyəli müğənninin Bakı arzuları

8 mart – Beynəlxalq Qadınlar Günündə Bakı Konqres Mərkəzində konserti planlaşdırılan Türkiyənin sevilən müğənnisi Sibel Canın Bakı səfəri ilə bağlı müəyyən detallar məlum olub.

News24.az-ın məlumatına görə, Sibel Can Bakıya martın 7-si, konsertdən bir gün əvvəl gələcək. Xanım sənətçi şəxsən iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyevanın qonağı olacaq.

O, Bakıya oğlu Engincanla birgə gələcək. Əldə etdiyimiz məlumata görə, müğənninin oğlu özü anası ilə birgə Bakıya gəlmək arzusunu bildirib və Sibel Can oğlunun istəyini müsbət qəbul edib. Bu Engincanın Bakıya ilk gəlişi olacaq.

Sibel Can Bakı səfəri çərçivəsində Şirvanşahlar Sarayı, Qobustan, Atəşgah, Qala qoruğu kimi tarixi məkanlara getmək arzusunu təşkilatçılara bildirib.

Xanım müğənni eləcə də Beynəlxalq Muğam Mərkəzi, Dövlət Akademik Opera və Balet Teatrı, Dövlət Filarmoniyası, Xalça Muzeyi, YARAT Müasir İncəsənət Mərkəzi, Caz Mərkəzini görmək istəyindədir.  

Qeyd edək ki, Sibel Canın Bakı konserti Ruhi Əliyevanın rəhbərlik etdiyi “Liatris Holding”in təşkilatçılığı ilə martın 8-də Bakı Konqres Mərkəzində baş tutacaq. Konsertin informasiya dəstəyi News24.az-a məxsusdur.