-
- 17-04-2023, 12:48
- 241
Tanınmış iş adamına cinayət işi açıldı – FOTOLAR
İş adamı Şərif Salmanova cinayət işi açılıb.
News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, xaricdə təhsil şirkətlərinin rəhbəri kimi tanınan Ş.Salmanova Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq-külli miqdarda ziyan vurmaqla), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312.2-ci (Rüşvət vermə) maddələri ilə ittiham elan edilib. Onun barəsində çoxsaylı vətəndaş şikayətlərinin olduğu bildirilir.
Ş.Salmanov istintaqdan yayındığı üçün onun barəsində axtarış da elan edilib.
Qeyd edək ki, “İTCC” və “Bakı Training mərkəzi”nin rəhbəri olan Ş.Salmanov tez-tez televiziya proqramlarına ekspert kimi də dəvət edilib.