Sabiq nazir bu kənddə dəfn edildi
    • 17-04-2023, 12:48
    • 246

Sabiq nazir bu kənddə dəfn edildi

3 gün əvvəl Türkiyədə vəfat edən Azərbaycanın keçmiş daxili işlər naziri Abdulla Allahverdiyev dəfn edilib.

News24.az xəbər verir ki, sabiq nazirin cənazəsi Azərbaycana gətirilib və o Ağstafanın Dağ Kəsəmən kəndində dəfn olunub.

Xatırladaq ki, Abdulla Allahverdiyev 1993-cü il aprelin 16-dan iyunun 17-dək Azərbaycan daxili işlər naziri olub. O, Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin oğlu idi.