“Parazit” ifaçıların səhnədə olmasının günahı bizdədir” - VİDEO
    • 17-04-2023, 17:17
    • 505

“Parazit” ifaçıların səhnədə olmasının günahı bizdədir” - VİDEO

“Sənət və musiqidən bacardığım danışa bilərəm. Amma şou-biznes mənlik deyil. Özünüz də görürsünüz ki, orada vəziyyət ürəkaçan deyil”. 

News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəşad İlyasov “Sözbaz” maqazin verilişinə müsahibəsində deyib. 

Sənətçi açıqlamasında bildirib ki, şou-biznesə “parazit” ifaçılar axın edib: 

“O gün bir qız efirə çıxıb deyir ki, “Instagram” mahnıları yazdırmışam. Başa düşürəm, hamı özünü bir cür ifalarda təqdim edir. Bu, qaçınılmazdır. Amma bu qədər çılpaqlığı ilə üzə çıxartmaq olmaz. Onlar "parazit"lərdir. Tibb dili ilə desək, "parazit"lər insan orqanizminə girir, orada qidalanır və "parazit"liyindən qalmır”. 

R.İlyasovun sözlərinə görə, “parazit” ifaçıların səhnəyə ayaq açmasında günah özü qarışıq sənətçilərdədir: 

“Səhnəyə müqəddəs bir yer kimi baxıram. Biz bu "parazit"lərə icazə verməməliyik ki, onlar bizdən qidalansınlar. Amma onlara biz icazə verdik”.