-
- 17-04-2023, 18:21
- 366
3 ölkə Ukraynadan taxıl almaqdan İMTİNA ETDİ
Slovakiya Ukraynadan taxıl və digər ərzaq məhsullarının idxalını dayandırdığını açıqlayıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Ukrayna taxılında kimyəvi maddələrin aşkar edilməsi olub.
Slovakiya Kənd Təsərrüfatı Nazirliyindən verilən açıqlamada bildirilib ki, hazırda saxlanılan Ukrayna taxıl və ununun emalı və bazara çıxarılması qəti qadağandır: "Bu qərarı qəbul etməmizə səbəb Ukrayna taxılında insan sağlamlığına mənfi təsir göstərən pestisidin olmasıdır. Bu, yoxlanışla təsdiq edilib". - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, daha əvvəl Polşa və Macarıstan Ukraynadan taxıl idxalını dayandırdığını açıqlayıb.
Qumral Əliyeva