Paşinyan: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır
    • 18-04-2023, 12:40
    • 842

Paşinyan: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır

"Ermənistanla Azərbaycan arasında sülh sazişi o halda mümkündür ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın"..

News24.az
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı deyib.

"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi o zaman gerçəkləşəcək ki, hər iki ölkə aydın şəkildə, qeyri-müəyyənliklər olmadan bir-birinin ərazi bütövlüyünü tanıyacaq və gələcəkdə ərazi iddialarının olmayacağı ilə razılaşacaq. Mən təsdiq edirəm ki, Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır. Azərbaycanın da Ermənistan SSR-in ərazisini Ermənistan Respublikası kimi tanımaqla eyni addımı atmasını gözləyirik” - deyə Paşinyan bildirib. /TASS/