İranda Ukrayna təyyarəsini vuran hərbçilərə hökm oxundu
    • 18-04-2023, 13:36
    • 142

İranda Ukrayna təyyarəsini vuran hərbçilərə hökm oxundu

İranda Ukraynaya məxsus sərnişin təyyarəsini vurmaqda şübhəli bilinən hərbçilərin məhkəmə prosesi yekunlaşıb.

News24.az
xarici KİV-ə istinadən xəbər verir ki, hadisədə şübhəli bilinən 10 nəfərə hökm oxunub.

Məlumata görə, TOR-M1 Hava Hücumundan Müdafiə Sisteminin komandiri birinci dərəcədə günahkar bilinərək 13 il həbs cəzasına məhkum edilib. Digər 9 müttəhimə isə 1 ildən 3 ilə qədər həbs cəzası verilib.

Xatırladaq ki, Kiyevə uçan sərnişin təyyarəsi 2020-ci il yanvarın 8-i Tehran hava limanından havaya qalxdıqdan sonra qəzaya düşüb.
Hadisə nəticəsində İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları olmaqla 176 nəfər həlak olub. İran ilk olaraq qəzanın texniki nasazlıq səbəbindən baş verə biləcəyini iddia edib. Daha sonradan isə, İran hərbçiləri təyyarəni təsadüfən iki raketlə vurduqlarını etiraf ediblər.

Qumral Əliyeva