Xalq artistinin qızı atasının səhhətindən DANIŞDI
    • 18-04-2023, 14:09
    • 626

Xalq artistinin qızı atasının səhhətindən DANIŞDI

“Atamın səhhətində dəyişiklik yoxdur, olduğu kimi qalır”.

News24.az APA-ya istinadən xəbər verir ki, bunu Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova deyib.

Onun sözlərinə görə, Xalq artistinin qidalanmasında da problem yaranıb.

“Yemək çox az yeyir, gecələri də yata bilmir, yuxusuzdur. Bu da əsəblərinə təsir edir, bütün günü əsəbi olur”, – o, əlavə edib.

Xatırladaq ki, Xalq artisti Ənvər Həsənov ötən il səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilmiş, daha sonra öz istəyi ilə evə buraxılmışdı. Bu yaxınlarda isə, Mədəniyyət Nazirliyi APA-ya aktyorun səhhəti ilə bağlı problemi nəzarətə götürdüyü barədə məlumat vermişdi.