-
- 19-04-2023, 10:00
- 203
Paris Olimpiadası keçirilməyə bilər
2024-cü ildə keçirilməsi planlaşdırılan Paris Olimpiadası baş tutmaya bilər.
News24.az Oxu.az-a istinadən xəbər verir ki, belə ki, Fransada Olimpiadaya qarşı hərəkat yaranıb.
Oyunların təxirə salınmasına səbəb prezident Emmanuel Makronun təşəbbüsü ilə həyata keçirilən pensiya islahatı ola bilər.
Hazırda etirazçılar Olimpiadadan hakimiyyətə təzyiq rıçaqı kimi istifadə edirlər. Onlar Paris Olimpiadasının ləğvi təşəbbüsü ilə çıxış ediblər. Müvafiq müraciət sosial şəbəkələrdə yerləşdirilib. Lakin hələlik konkret addımlar atılmayıb.
Fransa həmkarlar ittifaqlarının bu çağırışı dəstəkləmələri gözlənilir. Bununla belə, davam edən etiraz aksiyaları həm Oyunların keçirilmə ehtimalına, həm də iştirakçıların və qonaqların təhlükəsizliyinə təsir göstərir.