-
- 19-03-2020, 10:44
- 864
Tokiya Olimpiya Oyunlarının ləğv olunması MÜZAKİRƏ EDİLMİR - QUBERNATOR
Tokio qubernatoru Yuriko Koike, 2020-ci il Olimpiadasının koronavirus səbəbindən ləğv edilməsi və ya tamaşaçısız keçirilməsi variantının müzakirə edilmədiyini açıqlayıb.
News24.az "Reuters"ə istinadən xəbər verir ki, Y.Koikenin sözlərinə görə, koronavirusla mübarizə Tokio Olimpiadası üçün əhəmiyyətlidir, ancaq oyunların cədvəli, ev sahibliyi ediləcəyi ilə bağlı qərar vermək, vaxtını müzakirə etmək hələ tezdir.
Qubernator, oyunların keçirilməsi məsələsində BOK və Yaponiya hökumətinin sıx əlaqədə olduğunu söyləyib.
Beynəlxalq Olimpiya Komitəsindən verilən məlumatda da bildirib ki, hazırda koronavirus infeksiyası səbəbindən 2020 Olimpiadasını təxirə salmağı planlaşdırılmır.
Qeyd edək ki, Tokioda olimpiada iyulun 24-dən avqustun 9-dək keçirilməlidir.