Hazal Kaya həbs edilə bilər - FOTO
    • 19-04-2023, 13:01
    • 297

Hazal Kaya həbs edilə bilər - FOTO

Türkiyənin məşhur aktrisası Hazal Kaya həbs edilə bilər.

News24.az "Cümhuriyyet" ə istinadən xəbər verir ki, aktrisa barəsində 2 il 4 ay həbs cəzası istənilib. Buna səbəb Musa Orhan adlı şəxsin sosial mediada aktirsa tərəfindən təhqir olunması göstərilib.

Belə ki, Musa Orhan Türkiyə SQ-nin uzman çavuş rütbəli əməkdaşıdır. Onun adı 2020-ci ildə 18 yaşlı qızın təcavüzündə hallanır. M.Orhanın qıza təcavüz etdiyi, bununla barışmayan qızın intihar etdiyi məlum olub. İntiharından bir neçə gün sonra aparıldığı xəstəxanada dünyasını dəyişən İpək adlı qız ölümündən əvvəl yazdığı məktubda ölümünə səbəb Orhan tərəfindən təcavüzə uğraması olduğunu deyib. 

Hadisə ilə bağlı saxlanılan Orhan barəsində 10 ilədək həbs qərarı çıxarılıb. İddialarla bağlı, sosial media hesabında paylaşım edən türkiyəli aktrisa Ezgi Mola məhkəməyə verilib. Onun barəsində pul cəzası tətbiq olunub. Bundan sonra Hazal Kaya həmkarına dəstək paylaşımı edərək Ezgi Mola barəsində çıxarılan qərarın doğru olmadığını bildirib. O, M.Orhanla bağlı etdiyi paylaşıma görə, Orhanın vəkili tərəfindən məhkəməyə verilib.

Qumral Əliyeva