Bakıdakı köhnə binalarla bağlı qərar: Hamısı...
    • 19-04-2023, 14:45
    • 355

Bakıdakı köhnə binalarla bağlı qərar: Hamısı...

“Bakıda bütün köhnə binalar söküləcək və hər birinin yerində yeniləri tikiləcək”.

News24.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin binalar tikilən zaman hər birinə dayanaqlılıq üçün 30-40 il zəmanət verilib: “Artıq onların sökülməsi üçün zaman yetişib. Bundan başqa, məndə qədimi binalarda isə bərkitmə və möhkəmləndirmə işləri aparılacağı barədə məlumatlar var”.