-
- 7-02-2023, 12:15
- 344
Paytaxtdakı binalar zəlzələyə nə qədər davamlıdır?
Ötən gün qonşu Türkiyədə və Suriyada minlərlə insanın həyatına son qoyan dəhşətli zəlzələlər baş verib.
Təbii fəlakətdən sonra diqqət çəkən ən önəmli məqam isə çoxmərtəbəli binaların bir göz qırpımında yerlə yeksan olmasıdır. Bu da təbii olaraq ağıllarda belə bir sual doğurur: Görəsən Azərbaycanda, xüsusilə də paytaxt Bakıda inşa olunan binalar zəlzələyə nə qədər davamlıdır?
Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, Azərbaycanda yeni inşa olunan binalarda seysmoloji aktivlik nəzərə alınır. Ancaq köhnə tikililər üçün eyni fikri səsləndirmək doğru olmaz:
“Binanın təməli qoyulduqdan sonra onun hər bir mərtəbəsində müvafiq yoxlamalar aparılır. Bakıdakı binaların ən azı 10 ballıq zəlzələlərə davamlı olması tələb edilir. Köhnə binalara gəldikdə isə, belə binalar 2000-ci ildə baş verən zəlzələdə müəyyən qədər dayanıqlılıq nümayiş etdirib.
Lakin artıq 20 il vaxt keçib. Bu səbəbdən də istismar müddəti keçən binaların sökülərək yenidən inşa olunması vacibdir. Bina tikilən zaman möhkəmliklə yanaşı elastikilik də olmalıdır”.
Ramil Qazımzadənin sözlərinə görə, bu gün paytaxtda seysmoloji tələblərə cavab verməyən 30-a yaxın bina var:
“Hazırda ölkəmizdə bəzi binalar var ki, FHN-in müvafiq rəylərini almayıblar və bu səbəbdən də sözügedən binalar çıxarışla təmin edilməyiblər. Seysmoloji cəhətdən ciddi nöqsanları olan binalar hələ də qeydiyyata alınmayıb. Bakıda təxminən 30-a yaxın belə bina var. O binalarda müvafiq bərkitmə işləri aparılmalıdır”.
Ekspert bildirir ki, hazırda fərdi yaşayış evi adı altında tikilən apartman tipli 4-5 mərtəbəli binalar var ki, onların inşasında seysmoloji tələblər nəzərə alınmır:
“Diqqət edirsinizsə Türkiyədə yıxılan binaların əksəriyyəti 4-5 mərtəbəli binalardır. Son vaxtlar Bakı və Abşeronda da belə binalar tikilməkdədir. Onlar da seysmoloji yoxlamalar aparmadan inşa edilir. Yaxşı olardı ki, bu binalar da müvafiq qurumlar tərəfindən nəzarətə götürülsün”.