-
- 19-04-2023, 15:04
- 429
BŞİH-də yeni layihəyə başlanıldı
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və Tarix İnstitutunun yeni layihəsinin - “Heydər Əliyev” kitabının nəşrinin həyata keçirilməsinə başlanılıb.
News24.az-ın xəbərinə görə, bu barədə BŞİH-də keçirilən və ulu öndərin əbədiyaşar xatirəsinə həsr olunmuş elmi-praktik konfransda deyilib.
Bildirilib ki, kitaba alimlərin, ulu öndərlə çalışan dövlət xadimləri, bir sıra tanınmış şəxslərin memuar elementləri ilə zəngin, elmi-bioqrafik məqalələri daxil ediləcək.
Konfransda Ümummilli Lider Heydər Əliyevin tarixi missiyası, dövlətçilik yolu, onun ideyalarının indi tam reallaşması barədə fikirlər bildirildi, mövcud nailiyyətlərin əsaslarının yaradıcısı olan Ümummilli Liderin fəaliyyətinin müxtəlif sahələrini əhatə edən mövzularında çıxışlar dinlənilib.
Tədbir ulu öndərin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Konfransda giriş nitqi ilə çıxış edən BŞİH-nin başçısı Eldar Əzizov qeyd edib ki, “Heydər Əliyev” kitabı Bakı meriyası və Tarix İnstitutunun yeni layihəsidir. Kitaba Ümummilli Liderin həyatı, çoxşaxəli siyasi fəaliyyəti ilə bağlı alimlər, ulu öndərlə birgə çalışmış dövlət xadimlərinin memuar xarakterli elmi-bioqrafik məqalələri daxil ediləcək.
Eldar Əzizov bildirib ki, bu gün Azərbaycan postsovet məkanında lider dövlətdir, ölkə başçısı İlham Əliyevin dahi siyasəti sayəsində dünyada öz layiqli yerini tutur: “Yadda saxlamaq lazımdır ki, bu siyasətin əsasını məhz ulu öndər Heydər Əliyev qoyub və o, bugünkü müasir, müstəqil Azərbaycanın yaradıcısıdır. Ulu öndərin layiqli siyasi varisi olan Prezident İlham Əliyev ölkəmizi uğurla inkişaf etdirir”.
Konfransda AMEA Tarix İnstitutun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov “Ulu Öndər Heydər Əliyev: həyat və fəaliyyətinin tarixi dövrləri” mövzusunda, Milli Məclisin deputatı Aydın Hüseynov “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda, Milli Məclisin deputatı Azər Badamov “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə “Heydər Əliyevin güclü dövlət fəlsəfəsi və milli ideologiyası” mövzusunda, “Azərbaycan” qəzetinin baş redaktorunun müavini İxtiyar Hüseynli “İnkişaf və Zəfər strategiyası: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda, Milli Azərbaycan Tarixi muzeyinin elmi katibi, tarix elmləri doktoru Fərhad Cabbarov “Heydər Əliyevin irsində Qərbi Azərbaycan problemləri” mövzusunda çıxışlar edərək ulu öndər Heydər Əliyevin fəaliyyətinin müxtəlif sahələrinə nəzər salıblar.