Ronaldo ilə Corcina ayrılır? - Futbolçu sevgilisindən şikayət etdi
    • 19-04-2023, 15:27
    • 353

Ronaldo ilə Corcina ayrılır? - Futbolçu sevgilisindən şikayət etdi

Səudiyyə Ərəbistanının "Al Nassr" komandasının formasını geyinən Kriştiano Ronaldo ilə sevgilisi Corcina Rodrigez arasında gərginlik yaşanır. 
 
News24.az xəbər verir ki, portuqaliyalı ulduz yaxın ətrafına şikayət edərək, Rodrigezin son aylarda eqoist və təkəbbürlü bir insana çevrildiyini bildirib. Dünyaca məşhur futbolçu sevgilisinin onunla və uşaqlarla maraqlanmamasından da şikayətlənib.
 
Portuqaliyalı ulduzun sevgilisinin özünə və uşaqlara az diqqət yetirməsindən sıxıldığı və bu vəziyyətin ayrılığa səbəb olacağı bildirilib./azxeber.com/