Ronaldo "Əl-Nasr" klubu ilə müqavilə imzaladı
    • 30-12-2022, 23:34
    • 324

Ronaldo "Əl-Nasr" klubu ilə müqavilə imzaladı

Beşqat “Qızıl top”un sahibi portuqaliyalı futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu ilə müqavilə imzalayıb.

 News24.az-ın məlumatına görə, bu barədə "Əl Ərəbiyyə" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, futbolçu ilə müqavilə iki il müddətinə nəzərdə tutulub.

Daha əvvəl İspaniyanın “Marca” qəzeti əmək müqaviləsinin ümumi məbləğinin təxminən 100 milyon avro qiymətləndirilir.