-
- 19-04-2023, 16:50
- 664
Bakını bir-birinə qatan sürücü tutuldu, bu cəza verildi
Aprelin 11-də Bakının mərkəzi küçələrində sərxoş halda və yüksək sürətlə idarə etdiyi avtomobillə təhlükəli manevrlər edən sürücü həbs edilib.
News24.az əldə etdiyi məlumata görə, yol polislərinin tələbinə tabe olmayan şəxs Gəncədə anadan olmuş 1984-cü il təvəllüdlü N.Məmmədovdur. Nərimanov rayonu ərazisində Akademik Həsən Əliyev və Mirəli Qaşqay küçələrinin kəsişməsində məcburi qaydada dayandırılan avtomobilin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edilib.
Saxlanılan şəxs aprelin 12-də Nərimanov rayon Məhkəməsinə aparılıb və onun barəsində İXM-nin 51- və 535-ci maddələri ilə açılmış protokola baxılıb. Məhkəmədə ifadə verən yol polisi əməkdaşı saxlanılan N.Məmmədovun avtomobildən düşəndən sonra onlara hücum etdiyini qeyd edib:
“11 aprel saat 15:00 radələrində yüksək sürətlə manevr qaydalarını kobud surətdə pozan avtomobilə saxlama əmri verildi. Lakin sürücü tabesizlik göstərərək hərəkətlərini davam etdirdi. Bundan sonra avtomobil məcburi qaydada saxlanıldı, sürücünün yüksək həddə sərxoş olması vizual müşahidə edilirdi. Sürücü saxlanılan zaman küçədə ictimai asayişi qəsdən pozurdu, polis əməkdaşlarına müqavimət göstərərək YPXA avtomobilinin əl efirini sındırdı, özünə müxtəlif dərəcəli bədən xəsarətləri vurdu. Eyni zamanda adları qeyd edilən polis əməkdaşlarının geyim formasını yararsız hala saldı. Daha sonra həmin şəxs analoji hərəkətlərini Nərimanov RPİ-nin 16-cı PB-də davam etdirdi, növbətçi hissənin iş fəaliyyətini pozaraq əməliyyat qrupunda olan polis əməkdaşlarını nalayiq sözlərlə təhqir etdi”.
Barəsində inzibati xəta haqqında icraat aparılan N.Məmmədov özünü protokol üzrə təqsirli bildiyini deyib: “Protokolda qeyd edilən hadisəni tam olaraq xatırlamıram. Uşaq vaxtı yıxılmışam və başımdan travma almışam. Həmin gün çox içkili idim. İçkili olduğumdan hadisənin necə baş verməsini və nələr olduğunu xatırlamıram. O gün maşınımı avtoyumaya vermişdim. Avtomobili özümün ya da avtoyumanın işçisinin sürdüyünü xatırlamıram. Polisin göstərdiyi videogörüntülərlə tanış olduqdan sonra hadisəni çox az xatırlamağa başladım”.
Nərimanov rayon Məhkəməsinin 12 aprel tarixli qərarı ilə 39 yaşlı N.Məmmədova 20 sutka həbs cəzası verilib.
Taleh BAĞIROV