Azərbaycanda ŞOK HADİSƏ - 16 yaşlı dönərçinin ASILMIŞ meyiti tapıldı
    • 19-04-2023, 16:56
    • 344

Azərbaycanda ŞOK HADİSƏ - 16 yaşlı dönərçinin ASILMIŞ meyiti tapıldı

Samux rayonunda 16 yaşlı oğlan intihar edib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə dünən rayonun Kolayır kəndi yaxınlığında baş verib. Sərkar kəndinin sakini olan 16 yaşlı Amin Alıyevin meyiti su kanalının üstündən keçən borudan asılmış vəziyyətdə tapılıb. Onun özünü asaraq intihar etməsi bildirilib.
Hadisənin səbəbi hələlik məlum deyil.

Meyiti tapılan oğlanın rayon ərazisində dönərçi kimi çalışdığı məlum olub. Faktla əlaqədar araşdırma aparılır.

Taleh BAĞIROV