Fidan Hacıyevanın 10 yaşlı oğlu Ulu Öndərə musiqi həsr etdi
    • 19-04-2023, 17:20
    • 608

Fidan Hacıyevanın 10 yaşlı oğlu Ulu Öndərə musiqi həsr etdi

10 yaşlı bəstəkar ilk musiqisini Azərbaycanın unudulmaz oğlu, Ulu öndər Heydər Əliyevə həsr edib. 

News24.az Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın övladı 10 yaşlı Çarlz Emin Neylor Ümumilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə mahnı bəstələyib.

Gənc istedadın "Öndər" adlı  ilk bəstəsinin sözlərinin müəllifi Xalq şairi Vahid Əzizdir. Fidan Hacıyevanın ifasında səslənən "Öndər" mahnısının klipi də tezliklə musiqisevərlərə təqdim olunacaq. Azərbaycanın dövlət quruculuğu tarixində əvəzsiz xidmətləri olmuş dahi siyasətçinin həyatından ilhamlanaraq yazılmış musiqinin aranjemanı Zaur Əlinindir. Sənətdə ilk addımlarını atan gənc istedada uğurlar arzulayırıq.