İlin ilk günəş tutulması başladı
    • 20-04-2023, 10:16
    • 152

İlin ilk günəş tutulması başladı

Nadir rast gəlinən Hibrid Günəş tutulması başlayıb.

News24.az xəbər verir ki, təbiət hadisəsini yalnız cənub yarımkürəsində yaşayanlar müşahidə edə biləcək. 

Cənub yarımkürəsində Ay təxminən 76 saniyə ərzində Günəşi tamamilə gizlədəcək.

Qrinviç Kral Rəsədxanasında astronomu Qreq Braun bildirib ki, tutulma yalnız Avstraliya , Şərqi Timor, İndoneziya, Hind okeanının cənubu və Sakit Okeanın qərb hissəsindən görünəcək. Qismən tutulma isə bir neçə ətraf bölgədən də müşahidə edilə bilər.

Qumral Əliyeva