İranda 3 yaşlı uşaq kanalizasiya quyusuna düşərək ölüb
    • 21-04-2023, 19:00
    • 229

İranda 3 yaşlı uşaq kanalizasiya quyusuna düşərək ölüb

Bu gün səhər saatlarında Xuzistan vilayətinin Əhvaz şəhərində 3 yaşlı uşaq maşından düşərkən kanalizasiya quyusuna düşərək ölüb.

Xuzistan Baş Prokurorluğu tərəfindən bildirilib ki, uşağın ölümü su və kanalizasiya təşkilatının səhlənkarlığı ucbatından olub. Bildirilib ki, təqsirləndirilən şəxs artıq həbs olunub.

Qeyd edək ki, Əhvazda bu hal ikinci dəfədir ki, təkrarlanır. Keçən ay həmin ərazidə başqa bir uşaq da kanalizasiya quyusuna düşərək həyatını itirmişdi. /APA/