-
- 24-04-2023, 14:10
- 529
Qarabağ məsələsində Azərbaycan kartları ələ aldı, TARİXİ HADİSƏ... – Şərh
Xəbər verdiyimiz kimi, aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
News24.az-ın əməkdaşı məsələ ilə bağlı politoloq Natiq Mirinin fikirlərini öyrənib.
O bildirib ki, bu, təkcə Azərbaycan və Ermənistan arasında olan məsələ deyil: “Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Vətən Müharibəsindən sonra Cənubi Qafqazda yeni reallıq yarada biləcək növbəti siyasi hadisədir. Bundan sonra Qarabağda proseslər sürətlənəcək. Çünki erməni terrorçuları artıq torbadadır. Sərhəd bağlanandan sonra Ermənistanla bütün əlaqələr kəsiləcək. Bu baxımdan Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiya mərhələsi güclənəcək. Bu, artıq bir məcburiyyətə çevrildi”.
Ekspert qeyd edib ki, rus qoşunlarının Qarabağda varlığının əhəmiyyəti artıq aşağı düşdü: “Bu günə kimi Qarabağda bütün gediş-gəlişlərin bir sərəncamını Rusiya müəyyənləşdirirdisə, indi qərarlar Azərbaycana məxsus olacaq. Ona görə də rus qoşunları da Azərbaycan qanunları çərçivəsində davranmaq məcburiyyətində qalacaqlar. Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiya mərhələsi bu münaqişənin bitməsini istəməyən güclərin əlindən müəyyən imkanları alacaq. Rusiya və İran kimi dövlətlər bu münaqişənin bitməsini istəmirlər və Qarabağı prosesdə “zəif bənd” kimi göstərmək istəyirlər. Silah və terrorçuların Qarabağa ötürülməsindən tutmuş qaçaqmalçılığa qədər bütün proseslərin qarşısı alınacaq”.
O, əlavə edib ki, bu hadisə təkcə Rusiya və İranla bağlı deyil: “Eyni zamanda, Ermənistana xristian həmrəyliyi nümayiş etdirən Fransa, Avropa İttifaqı və ABŞ prosesdə quyruq bulaya bilməyəcəklər. Sülh müqaviləsindən əvvəl Azərbaycanın daxili işi olan Qarabağ məsələsi həll olmalıdır. Bu məsələ həll olmadığı təqdirdə sülh müqaviləsi heç bir işə yaramaz. Ona görə də bu hadisəni Qarabağ probleminin həllində vacib açar kimi dəyərləndirmək olar”.