Kadi oyun zamanı ölümdən döndü - Video
    • 24-04-2023, 22:39
    • 277

Kadi oyun zamanı ölümdən döndü - Video

“Qarabağ”dan “Krasnodar”a transfer olunan Kadi Borges “Spartak”la matçda huşunu itirib.

O, ikinci hissənin əvvəlində top uğrunda mübarizədə “Spartak”ın müdafiəçisi Georgiy Jikia ilə toqquşub. Kadi başını rəqibin çiyninə vuraraq qazona yıxılıb. 

Bir neçə saniyə huşunu itirən futbolçuya dilini udmaması üçün ilkin tibbi yardımı Jikianın özü göstərib.

Bundan sonra Kadi özünə gəlsə də, görüşü davam etdirə bilməyib. Onu meydandan elektromobillə təcili yardıma aparıblar. /Qafqazinfo/