“Qolu qızıma həsr etdim, ilk dəfə məni izləyirdi” - Kadi

“Qolu qızıma həsr etdim, ilk dəfə məni izləyirdi” - Kadi İdman
“Bu gün qol vurub qızıma həsr etdim. Hisslərimi necə ifadə edəcəyimi bilmirəm”.

Bu sözləri “Qarabağ”ın futbolçusu Kadi Borxes deyib. 

O, Azərbaycan Premyer Liqasının 8-ci turunda “Neftçi” üzərində 3:1 hesablı qələbə qazandıqları oyunda vurduğu qoldan danışıb:
“Qızım ilk dəfə məni izləməyə gəlmişdi. Ümid edirəm ki, ona çoxlu qollar həsr edəcəm”. /Qafqazinfo/