-
- 12-02-2019, 17:20
- 2 591
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Nəsimi ili” ilə bağlı tədbirlər planı hazırlayıb
Prezident İlham Əliyevin 11 yanvar tarixli Sərəncamına əsasən, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu il “Nəsimi ili” elan edilib. Bu əlamətdar hadisəylə bağlı bir çox təhsil və mədəniyyət müəssisələrində irimiqyaslı tədbirlərin keçirilməsi nəzərdə tutulur.
İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatında və fəlsəfi fikir tarixində özünəməxsus yer tutan şəxsiyyətlərdəndir. İnsanı, insan azadlığını tərənnüm edən, humanizm prinsiplərinə söykənən kamil poeziya nümunələri ilə, dəyərli ədəbi-fəlsəfi fikirləri ilə Azərbaycan və dünya ədəbiyyatının böyük nümayəndələrindən biri kimi tanınan İmadəddin Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması dövlətin milli mədəniyyətə və incəsənətə həssas münasibətinin göstəricisi kimi təqdir olunmalıdır. Çünki milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsi olan Nəsimi yaradıcılığının öyrənilməsi, təbliği, dünyaya tanıdılması, və gələcək nəsillərə ötürülməsi bu gün hər bir təhsil müəssisəsinin, mədəniyyət ocağının qarşısında dayanan mühüm vəzifələrdəndir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti üzərinə düşən vəzifələri yerinə yetirmək və “Nəsimi ili”nə töhfə vermək üçün tədbirlər planı hazırlayıb.
Tədbirlər planına əsasən, cari ilin aprel ayında ADMİU-da Azərbaycan bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsimiyə ithaf olunan “Hüsnü-cəmal, əqli kamal” ali məktəblərarası bədii qiraət müsabiqəsi keçiriləcək. İki nominasiya üzrə təşkil olunacaq müsabiqədə ADMİU-nun məzunları və tələbələri və digər universitetlərin tələbələri iştirak edə bilər.
“Nəsimi ili” çərçivəsində həyata keçirilən tədbirlər ilin sonuna qədər davam edəcək. Payız aylarında Universitetdə şairin yaradıcılığına həsr olunmuş “Cahana sığmayan şair” adlı elmi-praktiki konfrans keçiriləcək.
Bununla yanaşı, ilin sonlarına doğru ADMİU-da İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş tamaşanın hazırlanması da nəzərdə tutulub.
Həmçinin Universitetin professor-müəllim heyəti və tələbələri il ərzində Nəsiminin ədəbi irsi ilə bağlı tədqiqatlar aparacaq, simpozium, konfrans və seminarlarda iştirak edəcək.
News24.Az