Vəfat edən sərhədçi dəfn edildi – FOTO
    • 25-04-2023, 11:12
    • 183

Vəfat edən sərhədçi dəfn edildi – FOTO

2 gün əvvəl Yevlaxda yaşadığı evdə dünyasını dəyişən Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət qulluqçusu, gizir Məmmədov Sakit Şahbaz oğlu dəfn edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, hərbçinin nəşi Yevlax rayonundan doğulub böyüdüyü Xaçmaz rayon Bəyqıslaq kəndinə aparılıb. O, daha sonra Qobuqıraq kənd qəbristanlığında torpağa dəfn edilib. 

Qeyd edək ki, ölüm faktı ilə əlaqədar prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.

Taleh Bağırov