Şəkərli diabet xəstəliyinin təbii çarəsi
    • Bu gün, 18:29
    • 238

Şəkərli diabet xəstəliyinin təbii çarəsi

Şəkərli diabet xəstəliyinin təbii çarəsi


Şəkərli diabet xəstəliyinin əlamətləri susuzluq, sidiyə tez-tez çıxmaq, aclıq hissinin artması, arıqlama, bulanıq görmə, halsızlıq, əsəbilik və s. ibarətdir.

Şəkərli diabet xəstəliyi niyə baş verir?

Şəkər xəstəliyi tənbəl təbiətlilərdə, şirniyyatdan, ağ çörəkdən çox istifadə edənlərdə, həddindən artıq piylənmədə, irsi meyilliyi olanlarda və digər səbəblərdən baş verir.

Yediyimiz bütün ərzaq məhsulları karbohidrata çevrilərək toxumaları qidalandırır və artıq qalan enerji qlikogen formasında qaraciyər, əzələ və s. orqanlarda ehtiyat enerji kimi toplanır. Gündə 3-4 dəfə qidalananda toxumalar qəbul edilən qidaların enerjisindən istifadə edir, yəni ehtiyat enerjidən istifadə olunmur. Ehtiyatda olan məhsulların təzələnməməsi isə problem yaradır. Bunun üçün ən yaxşı vasitə həftədə 1-2 dəfə oruc tutmaqdır. Oruc tutanda orqanizm ehtiyat enerjini işlətdiyindən onun təzələnməsi baş verir. Şəkər xəstəliyi zamanı qanda qlükozanın səviyyəsi qalxır, çünki onu toxumalara ötürə biləcək insulin miqdarı az olur.

Şəkər miqdarını qaydaya salmaq üçün:

İnsulin mədəaltı vəzdə ifraz olunur və onun sintezini artıran bitkilər hesabına qanda yüksəlmiş şəkərin miqdarını qaydaya salmaq lazım gəlir. Bunun üçün darçın, zəncəfil, sarıkök, lobya qını, çörəkotu, zeytun yarpağı, ağ tut yarpağı, qaragilə yarpağı, andız kökü, udi hindi, çəmənotu, sofora, öksəotu bitkilərindən müntəzəm qəbul etmək, qidada sarımsaqdan çox istifadə etmək lazımdır, çünki sarımsaq, soğan, zəncəfil, öksəotu damarların içini təmizləyir. Şəkər xəstəliyi və ya qanda şəkərin yüksəlməsi zamanı hüceyrələr bu şəkərlə qidalanmalıdırlar, amma insulin çatışmazlığı nəticəsində hüceyrə bu enerjidən istifadə edə bilmir, hüceyrələr enerjini karbohidratlardan yox, yağ və zülallardan alırlar, sonda arıqlama və süd turşusunun artması nəticəsində qanda yağ turşularının, triqliseridlərin, xolesterinin miqdarının artması damar mənfəzinin daralmasına səbəb olur. Sonda ayağa batmış adi bir şüşə parçası və ya başqa bir əşya ayaqda sağalmaz yaranın açılmasına səbəb olur və ayağın kəsilməsi ilə nəticələnə bilir.

Hər gün 6 km-dən çox gəzəndə qanın hərəkəti sürətlənir, ətraf orqanların qanla təchizatı yaxşılaşır. Damarların mənfəzi daralanda qan təzyiqi yüksəlir, görmə problemləri əmələ gəlir. Ən yaxşı müalicə formalarından biri 2 ay fasilə verməklə həcəmət olunmaqdır. Həcəmət zamanı orqanizmdən çirkli qan çıxdığına görə qan dövranı normallaşır, görmə qabiliyyəti yaxşılaşır və təzyiq qaydaya düşür.

Şəkər xəstəliyinin zəli ilə müalicəsi

Zəli müalicəsi də əvəzolunmazdır. İldə iki dəfə (əgər qanda hemoqlobilin normaldırsa, qan təzyiqi çox aşağı deyilsə, qan çox duru deyilsə) həftədə 8 ədəd cəmi 48 ədəd əvvəlcə qaraciyərin üstünə 8 ədəd sonra boyun, sonra kürək. sonra bel, sonra büzdüm, sonra isə hər diz oynağına 4 ədəd zəli qoyulmalıdır nəticədə qan durulaşır və toxumalar yaxşı qidalanır. Sağlamkən şəkərdən qorunmaq üçün fəal hərəkətlər etmək və təbii qidalara üstünlük vermək lazımdır.

Şəkər xəstəliyi əleyhinə Dia-betea, Mirfazin və Antixol çayları qəbul edilməlidir.

News24.az