Türkiyədə geniş miqyaslı terror əməliyyatı: 110 nəfər SAXLANILDI
    • 25-04-2023, 11:43
    • 166

Türkiyədə geniş miqyaslı terror əməliyyatı: 110 nəfər SAXLANILDI

Türkiyənin Diyarbəkir vilayətində geniş miqyaslı terror əməliyyatı keçirilib.

News24.az xəbər verir ki, bu barədə Diyarbəkir Respublika Prokurorluğu məlumat yayıb.

21 vilayətdə keçirilən əməliyyatda 110 şübhəli şəxs saxlanılıb.

Bildirilib ki, şübhəlilər arasında 2017-ci ildən bu yana 60-a yaxın küçə etirazlarını planlaşdıran, terror təşkilatlarını maliyyələşdirən, təşkilata dəstək verən media vasitəsilə təbliğat aparan vəkillər, bəzi dərnək rəhbərləri və onların uşaqları da var. 

İstintaq davam edir.

Qumral Əliyeva