İstanbulda anti-terror əməliyyatı - 8 NƏFƏR SAXLANILDI
    • 7-05-2021, 09:51
    • 402

İstanbulda anti-terror əməliyyatı - 8 NƏFƏR SAXLANILDI

Türkiyədə təhlükəsizlik qüvvələri tərəfindən İŞİD terror qruplaşmasında şübhəli bilinən azı 8 nəfər saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb. Bildirilib ki, anti-terror əməliyyatı İstanbulun 10 rayonunda eyni vaxtda həyata keçirilib.

Şübhəlilərin vətəndaşlığı açıqlanmır. 

Saxlanılanların silahlılarla əlaqəli olması ilə bağlı istintaq davam edir.