Sahibi olmadan gedən “VAZ 21011” - VİDEO
    • 25-04-2023, 17:07
    • 241

Sahibi olmadan gedən “VAZ 21011” - VİDEO

Əvvəl idarəetməni itirdi, sonra oturacaqdan da yerə yıxıldı.

News24.az avtosfer.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə maraq doğuran hadisə Rusiyada qeydə alınıb. Müşahidə kamerasına əks olunan görüntülərdən aydın olduğu kimi avtomobilindəki nasazlığı yoxlayan sürücü maşınının qapısı açıq saxlayaraq onu ana yola çıxardıb. Avtomobilinə tam əyləşmədən prosesi icra edən sürücü maşınının hərəkətə gəlməsi sevinci ilə bir anlıq özünü itirərək müvazinətini saxlaya bilmədən yerə yıxılıb. Hərəkət edən maşının idarəsini yenidən ələ almaq üçün onun arxasıyca qaçanşəxs avtomobilinin nasazlığından yaranan dayanma ilə onu qəzanın eşiyindən döndərməyi bacarıb.

Eyni anda qarşı tərəfdə hərəkət edən nəqliyyat vasitələrinin keçdiyini nəzərə alaraq maşının dayanmadığı halda onlardan biri ilə toqquşacağını təxmin etmək isə çətin deyil. Xoşbəxtlikdən maşınını xilas edən sürücü yaxınlıqda olan insanların köməyi ilə onu yoldan kənara çıxarmağa müvəffəq olub.