Bu dəfə qəzanı sürücü törətmədi - ANBAAN VİDEO
    • 10-04-2023, 16:07
    • 232

Bu dəfə qəzanı sürücü törətmədi - ANBAAN VİDEO

Ağac yerə çırpıldı, hərəkət edən avtomobili yolundan etdi.

News24.az avtosfer.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə maraq doğuran hadisə Kanadada qeydə alınıb. Qəza qurbanının videoregistratoruna düşən görüntüdən məlum olduğu kimi yol boyunca gedən avtomobil qəfil ağacın qopması ilə sıradan çıxıb. Belə ki, nəhəng ağacın yol kənarındakı meşəlikdən asfalta düşməsi maşının ön şüşəsini çartladıb, həmçinin ön hissəsini də zədələyib.

Ağacın zərbəsi ilə idarəetməni itirən sürücü avtomobilini saxlamaq məcburiyyətində qalıb. Xoşbəxtlikdən həmin an yolun sağ tərəfində hərəkət edən nəqliyyat vasitəsi olmayıb.

Hadisə yerinə polis qüvvələri cəlb olunub və yol bir müddətlik bağlanıb.