Polis dedi: “Get, oğrunu özün tap!”
    • 23-07-2018, 18:48
    • 1 357

Polis dedi: “Get, oğrunu özün tap!”

News24.az redaksiyasına şikayət daxil olub. Şikayətçi tərəf telefonunun oğurlanmasından və polisin məsləyə laqeyd münasibətindən narazılığını bildirir. 

Rafiq Əlizadə şikayətini belə dilə gətirdi: “ Pərviz Mübariz oğlu Mustafayev mənə yaxınlaşıb danışmaq üçün telefonumu istədi. Dedi vacib zəng etməliyəm, telefonum yoxdur. Mən də vicdani hislərimə söykənib telefonumu verdim  ona. Elə danışa-danışa telefonumu götürüb aradan çıxdı. Telefonum İphone 6 –dır. Bununla bağlı Binəqədi Rayon 5-ci polis bölməsinə şikayət etdim. Hətta onlara oğrunun şəxsiyyət vəsiqəsinin məndə olduğunu da dedim. Polis bölməsindən mənə nə desələr yaxşıdır? Tapa bilmirik, siz tapın göndərin. Tapa bilirəmsə, niyə zəng edib sizi narahat edim ki!? Bu da polis. Adama deyərlər, sizin işiniz nədən ibarətdir?”

R. Əlizadənin iddiasına görə, o “102” -ə zəng edərkən ona bu qəribə cavabı verən növbətçi polisin adı Zamin olub.
Məsələylə bağlı Binəqədi Rayon 5-ci Polis bölməsinə zəng etdik. Oradan polis əməkdaşı Zaminin mobil nömrəsini alıb, onunla əlaqə yaratmağa çalışdıq. Zamin bəylə əlaqə saxlamaq asan olmadı. Öncədən jurnalist etiketinə uyğun olaraq səsini yazdığımız bildirdik. Zamin bunu eşidən kimi “sizinlə danışmaq istəmirəm, nə haqla səsimi yazırsınız?”- deyib telefonu bağladı.


Qeyd edək ki, şəxsiyyət vəsiqəsinin sahibinin fikirlərini də işıqlandırmağa hazırıq.

News24.az oğurluqda ittiham olunan şəxsin şəxsiyyət vəsiqəsini sizə təqdim edir. 


EN