Bakıda taksi sürücüsü maşınını müştəriyə verdi - İNANILMAZ GÖRÜNTÜLƏR
    • 26-04-2023, 12:55
    • 258

Bakıda taksi sürücüsü maşınını müştəriyə verdi - İNANILMAZ GÖRÜNTÜLƏR

Bakıda taksi sürücülərinin özbaşınalığı, qeyri-adekvat hərəkətləri barədə tez-tez məlumatlar yayılır.

News24.az xəbər verir ki, belə görüntülərdən daha biri yayılıb. Bu dəfəki görüntüdə taksi sürücüsünün avtomobilin idarəetməsini sərnişinə həvalə etməsi əks olunub.

Belə ki, taksi çağıran şəxs qəribə halla üzləşib. Sürücü ondan maşın sürə bilib-bilmədiyini soruşub və müsbət cavab aldıqdan sonra sükan arxasına onu keçirib. Özü isə sərnişin oturacağını açaraq yatıb.

Sərnişin də rastlaşdığı bu qəribə hadisənin videosunu çəkib. Sosial şəbəkələrdə yayılan bu görüntülər geniş müzakirələrə səbəb olur.

Taleh BAĞIROV