Bakıda taksi sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması halları demək olar ki, hər gün baş verir.

News24.az-ən məlumatına görə, belə hadisələrdən biri bu günlərdə Suraxanı rayonu ərazisində baş verib. “Mercedes E-Class” markalı avtomobil yolun əks həəkət zolağına çıxaraq təhlükəli manevr edib. Taksi sürücüsünün tək zolaqlı yoldan çıxaraq qarşı hərəkət zolağına çıxması zamanı dəhşətli qəzanın baş verməməsinə üzbəüz gələn avtomobil sürücülərinin sayıqlığı imkan verməyib. Sürətlə hərəkət edən taksi daha sonra yoluna davam edərək uzaqlaşıb.

Video

Teglər: Taksi Qəza şəraiti Azərbaycan qayda pozuntusu