-
- 26-04-2023, 18:03
- 297
Yumurtalar niyə kodlaşdırılır? - VİDEO
Son günlər sosial şəbəkələrdə yumurtaların üzərindəki kodlarla bağlı aparılan müzakirələrə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi münasibət bildirib.
News24.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, AQTA-nın şöbə müdiri Qalib Əbdüləliyev bu sahədə olan standartları açıqlayıb.
O deyib ki, yumurtaların üzərinə məhsulun istehsal tarixi və müəssisənin adı yazılır. Əlavə kod vurulmur. Amma hansısa müəssisə öz müştərisinin sifarişinə uyğun kod vura bilər.
AQTA rəsmisi Azərbaycanda iri və xırdabuynuzlu heyvalar arasında yayılan xəstəliklərə də diqqət çəkib. Qalib Əbdüləliyev bildirib ki, Azərbaycanda dabaq xəstəliyi 2001-ci ildə qeydə alınıb. Xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyinin aşkarlanması faktına da rast gəlinməyib. Hazırda bölgədə ciddi təhlükə törədən xəstəliklərdən biri quduzluqdur.
Qeyd edək ki, region ölkələri arasında ilk dəfə Azərbaycanda aviasiyadan istifadə olunmaqla vəhşi heyvanların aldadıcı yem vasitəsilə peyvəndlənməsi həyata keçirilib və bu istiqamətdə tədbirlər davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: