Nüsret məhkəməlik oldu - Əməyin istismarı, dekolte məcburiyyəti və ...
    • 27-04-2023, 09:35
    • 245

Nüsret məhkəməlik oldu - Əməyin istismarı, dekolte məcburiyyəti və ...

Məşhur aşbaz Nüsret Gökçenin keçmiş işçiləri ounla bağlı məhkəməyə müraciət edib.

News24.az xəbər verir ki, ABŞ-ın aparıcı media qurumlarından biri olan "İnsider"-ə danışan şikayətçilər Gökçenin restoranlarında cinsiyyətçi atmosferin olduğunu və işçilərin milliyyətinə görə ayrı-seçkiliyə məruz qaldığını iddia ediblər.

Gökçe ilə işləyən bəzi qadınlar dekolte geyinməyə məcbur olduqlarını bildiriblər. 

Araşdırmalardan sonra Gökçe və restoranlarının daha qaranlıq tərəfi ortaya çıxıb.

İki şəhərdə 7 iddiada əsasında açılan məhkəmə işində restoranın 9 işçisi ifadə verib. Bildirilib ki, Gökçe şöhrətə və pula bağlıdır.

Keçmiş işçilər qeyd ediblər ki, iş yerində əməyin istismarı mövcuddur.

"Nusr-Et Miami"-də rezervasiya ilə məşğul olan bir qadın "Sizə lazım olduğundan daha az hörmət edildiyini hiss edirsiniz" deyib. 

Bəzi keçmiş işçilər də türk olmayan işçilərə qarşı pis rəftar və ayrı-seçkiliyə məruz qaldıqlarını iddia edirdilər. 

Qadınlardan biri isə kişi işçilərin onu sıxışdırdığını və ona daha dekolteli geyinməsi ilə bağlı xəbərdarlıq edildiyini bildirib. /Haber Global/