-
- 27-04-2023, 13:00
- 293
AFFA “Qarabağ” və “Zirə”ni CƏRİMƏLƏDİ
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
News24.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XXXI turunda baş verənlər müzakirə olunub.
“Qarabağ” – “Zirə” oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat cərimə edilib. Matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Ağdam təmsilçisi daha 1600 manat cərimələnib. Qarşılaşmadan sonra “Zirə”nin “A buraxılışı” olmayan nümayəndələrinin meydançaya daxil olması üzündən qəsəbə klubu 800 manat ödəyəcək. Bakılılar İntizam Məcəlləsinin 50.7 bəndini pozduğuna görə 2000 manat cərimələnib.
“Səbail” – “Neftçi” oyununda 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 800 manat ziyana düşüb. “Sumqayıt” – “Qəbələ” görüşündə Təcili Tibbi Yardım maşını təyin olunan vaxtdan gec gəldiyinə görə “Gənclik şəhəri” təmsilçisi 400 manat cərimələnib. Bu qarşılaşmada meydançaya kənar əşyaların atılması “Sumqayıt”a 1600 manata başa gəlib. 6 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qəbələ” 800 manat xərcə düşüb./apasport.az/