AFFA "Sumqayıt"ın qapıçısı ilə "Zirə"nin məşqçisini cəzalandırıb

AFFA "Sumqayıt"ın qapıçısı ilə "Zirə"nin məşqçisini cəzalandırıb İdman
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XI turunda baş vermiş hüquq pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.
 
“Neftçi” – “Zirə” matçında meydan sahiblərinin 4, qonaqların 5 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimələnib. 85-ci dəqiqədə “Zirə”nin məşqiçisi Vəfadar Quliyev texniki zona qaydalarını pozması səbəbindən 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub. 
“Keşlə” ilə qarşılaşmanın 67-ci dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılmış “Sumqayıt”ın qapıçısı Orxan Sadıqlı da 1 oyun cəzalanıb. Onun klubu isə 200 manat ziyana düşüb. 

//Report