-
- 27-04-2023, 14:06
- 471
"Marketlərdə ən keyfiyyətsiz dondurmalar baha qiymətə satılır" - AÇIQLAMA
Yayın gəlişi bəzi qida məhsullarına tələbatı artırmaqla yanaşı, istehlak bazarında mövcud problemləri də yenidən gündəmə gətirir. Qaçılmaz olan belə problemlərdən biri də sərinləşdirici içkilər və dondurma bazarında aktuallığını saxlayır. Dondurma yay mövsümünün ən aktual qida məhsullarından biridir. Dondurmaya tələbatın bu mövsümdə hansı səviyyədə ola biləcəyini təsəvvür etmək elə də çətin deyil. Bu gün bazarlarımıza yol açan dondurmaların vəziyyəti yəqin ki, hamını maraqlandırır. Təcrübə göstərir ki, yaz-yay mövsümündə əhali tərəfindən istehlak olunan dondurma keyfiyyət və kəmiyyət baxımından çox vaxt aşağı səviyyədə təqdim olunur. Bəs, dondurmalar alarkən nələrə diqqət etməliyik?
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov News24.az-a açıqlamasında bildirib ki, dondurmalar öz yağlılıq dərəcəsinə, tərkibinə qarışdırılan dadverici, qoxuverici maddələrin miqdarına görə bir-birindən fərqlənir.
"Əlbəttə ki, bu azad bazar iqtisadiyyatıdır. Bazarda ən keyfiyyətsiz dondurma ən baha qiymətə də təklif edilə bilər. Buna heç kəs müdaxilə etmir. Lakin hər kəs dondurmanın süd məhsulu olduğunu bilməlidir. Qeyd edim ki, dondurmanın istehsalında kərə yağından istifadə olunmalıdır".
AİB sədri deyib ki, ölkəmizdə vaxtı keçmiş dondurmanın satışı qadağandır:
"Dondurma alarkən onun etiketinə baxmaq lazımdır, orada tərkibində olan inqridentlərə fikir vermək lazımdır. Buraxılma tarixi ilə son tarixi arasındakı zaman fərqinə baxılmalıdır. Nə qədər zaman fərqi olarsa, o dondurma daha keyfiyyətli hesab oluna bilər. Xüsusən də, xaricdən gələn dondurmalarla ehtiyatlı olmaq lazımdır. Onların adətən yararlılıq müddəti uzun olur. Lakin xaricdən gələn dondurmalar gömrük məntəqələrində avtomobillər uzunmüddət saxlanılır və xarab olur. Bu dondurmalar insan həyatı üçün təhlükəlidir".
Aynurə