"Vasmoy bazarı"ndakı 2 manatlıq kolbasaları da araşdırmaq lazımdır - Eyyub Hüseynov
    • 6-04-2023, 14:26
    • 1 133

"Vasmoy bazarı"ndakı 2 manatlıq kolbasaları da araşdırmaq lazımdır - Eyyub Hüseynov

"AQTA bu gün kolbasa və sosiska məhsullarında yoxlama aparıb. Bəzi kolbasa məhsullarının üzərində donuz əti bəyan edilmədiyi halda tərkibində donuz DNT-si aşkarlanıb. İllərdir ki, istehlakçılar bu şəkildə aldadılır".

Bunu News24.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

E. Hüseynov bildirib ki, 8-ci kilometr bazarında da reyd aparılmalıdır: "8-ci kilometr bazarında kilosu 2 manat 30 qəpiyə satılan kolbasa və sosiskalar var. Bunların tərkibi araşdırılmalıdır. Hazırda 20-yə qədər qeyri-qanuni kolbasa və sosiska istehsal edən müəsissələr var. AQTA onlara nəzarət edə bilmir. Düşünürəm ki, həmin yerlərə ictimai nəzarət olmalıdır. Əhali  bu yerlərlə bağlı AQTA-ya məlumat verməlidir". 

Qumral Əliyeva