Adil Əliyev: "Düşmən bunu unutmasın" - FOTO
    • 13-02-2019, 18:10
    • 899

Adil Əliyev: "Düşmən bunu unutmasın" - FOTO

Millət vəkili Adil Əliyev bu gün Yasamal rayonunda yerləşən 60 nömrəli tam orta məktəbdə kikboksinqlə bağlı keçirilən tədbirdə iştirak edib. 

News24.Az bildirir ki, tədbirdə şagirdlərlə görüş zamanı millət vəkili çıxış edərək, nitq söyləyib:

"Bizim məqsədimiz idmanımızı bütün uşaqlara, gənclərə aşılamaq və onları pis vərdişlərdən uzaq tutub idmana cəlb etmək, məktəbliləri idmanla məşğul olmağa və sağlam böyüməyə dəvət etməkdir. Axı onlar gələcəyin əsgərləri, vətəni qoruyacaq igidlərdirlər. Azərbaycan əsgərlərinin sırasında idmançıların olması qürur vericidir. Yarışlarda vətənimizin bayrağını başqa ölkələrdə dalğalandıran idmaçılarımızın işğal altında olan vətən torpaqlarının geri qaytarıldığı zaman da torpaqlarımızda uca bayrağımızı dalğalandırmağa gücləri var. Azərbaycan idmancılarının işğalçıları məğlub etməyə gücləri tükənməzdir. Düşmən bunu unutmasın"!

News24.Az