"Şuşa türk dünyasının əziz şəhəridir" - Prezident
    • 29-04-2023, 14:01
    • 304

"Şuşa türk dünyasının əziz şəhəridir" - Prezident

“Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir”.

News24.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib.

Dövlət başçısı bildirib ki, eyni zamanda 2 il bundan öncə Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular:

“Bu tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi var. Şuşa Azərbaycan xalqının əziz şəhəridir, türk dünyasının əziz şəhəridir və Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Türkiyə, onun Prezidenti və türk xalqı bizim yanımızda idi”.