Aftandil İsrafilov sabah dəfn olunacaq
    • 29-04-2023, 14:05
    • 603

Aftandil İsrafilov sabah dəfn olunacaq

Xəbər verdiyimiz kimi, Xalq artisti Aftandil İsrafilov bu gün səhər saatlarında dünyasını dəyişib. 

News24.az xəbər verir ki, müğənni Roza Zərgərli Axşam.az-a açıqlamasında bildirib ki, qarmon ifaçısı sabah dəfn olunacaq. 

"Vida mərasimi və dəfn sabah olacaq. Harada torpağa tapşırılacağı hələ bilinmir" deyə, ifaçı əlavə edib. 

Qeyd edək ki, A.İsrafilovun uzun müddətdir səhhətində problem var idi. Musiqiçi xəstəxanada müalicə alırdı. İsrafilov bu gün səhər saatlarında 82 yaşında dünyasını dəyişib.