Dövlət başçısı evi uçan Beyləqan sakininə yeni mənzil verilməsi ilə bağlı tapşırıq verib - FOTO
    • 14-02-2019, 10:52
    • 826

Dövlət başçısı evi uçan Beyləqan sakininə yeni mənzil verilməsi ilə bağlı tapşırıq verib - FOTO

Dünən Beyləqana səfər edən prezident İlham Əliyev yerli sakinlərlə görüşüb və problemləri ilə maraqlanıb. 

News24.Az xəbər verir ki, yerli qadınlardan biri evinin uçduğu barədə dövlət başçısına məlumat verərək, yardım edilməsini istəyib. Cənab prezident öz növbəsində problemin az müddətdə həll ediləcəyini deyib. Eyni zamanda, bildirib ki, yeni imzaladığı sərəncama əsasən, Beyləqanda tikiləcək 36 mənzilli binadan qadına ev veriləcək. Prezident İlham Əliyev bununla bağlı yerində tapşırıq verib.

Azər NƏSİBOV