Məşhur müğənnidən ÜZÜCÜ XƏBƏR
    • Bu gün, 18:03
    • 259

Məşhur müğənnidən ÜZÜCÜ XƏBƏR

Haluk Levent xəstəxanaya aparılıb. 

News24.az xəbər verir ki, 56 yaşlı Haluk Levent döş qəfəsindəki ağrılar səbəbilə bu səhər xəstəxanada müşahidə altında saxlanılıb.

Həkimi vasitəsi ilə pərəstişkarlarına qorxulu heç nə olmadığı mesajını çatdıran Haluk Leventin sağlamlıq durumuna bir neçə gün ərzində aydınlıq gələcəyi bildirilib.

Xatırladaq ki, Haluk Levent iyul ayında Antalya Açıq Səhnədə verdiyi konsertdən sonra döş qəfəsində ağrı və təngnəfəslik səbəbiylə xəstəxanaya aparılıb və müayinələrdən sonra ertəsi gün evə buraxılıb.


Məryəm İlhamqızı