Hacı Şahinin yerinə o təyin EDİLDİ
    • 2-05-2023, 11:07
    • 199

Hacı Şahinin yerinə o təyin EDİLDİ

Bakıdakı Məşədi Dadaş məscidinə yeni imam təyin edilib.

News24.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Əli Şərbətov məscidə imam təyin olunub və o, bu gün Məşədi Dadaş məscidinin dini icmasına təqdim olunacaq.

M.Qurbanlı həmçinin məscidə yeni təyinatların olacağını vurğulayıb: "Məscidə əlavə təyinatlar da olacaq. Eyni zamanda qadın dini ayinlərinin icraçısı da təyin ediləcək".