İznik gölü çəkildi, tarixi pullar üzə çıxdı - FOTO
    • 2-05-2023, 12:27
    • 291

İznik gölü çəkildi, tarixi pullar üzə çıxdı - FOTO

YUNESKO-nun müvəqqəti irs siyahısında olan və bu il əsas siyahıya girəcəyi gözlənilən dünyaca məşhur tarixi Bursa şəhərində İznik çimərliyində gəzən ailə göldə 2000 illik tarixi sikkə tapıb.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, İznik gölündə uzun müddət davam edən geri çəkilmə, əvvəllər suyun altında olan tarixi bazilikanın göl suyunun üzərinə çıxmasına səbəb olub.

Suyun dibindən tapılan tarixi sikkələr vətəndaşların marağına səbəb olub. Əvvəllər zeytun və üzüm bağlarında görülən tarixi sikkələrin də gölün dibində tapılması İznikin çox böyük tarixə malik olduğunu təsdiqləyib.

Aynurə