3 böyük zəlzələnin yaşandığı 5000 illik məhəllədə bir daş da tərpənmədi
    • 17-02-2023, 14:35
    • 211

3 böyük zəlzələnin yaşandığı 5000 illik məhəllədə bir daş da tərpənmədi

Türkiyənin Elazığ şəhərinin 5 000 illik tarixi olan Harput məhəlləsi son üç ildə altı baldan yuxarı şiddətdə üç zəlzələyə şahid olub. Amma məhəllədə bir daş belə tərpənməyib.

News24.az xəbər verir ki, bu haqda Türkiyə mediasında geniş məlumat yayılıb.

Bildirilir ki, dəniz səviyyəsindən 1 200 metr hündürlükdə yerləşən məhəllədə tarixi abidələrlə yanaşı  bir sıra  yeni tikililərə də ziyan dəyməyib.

UNESCO-nun müvəqqəti irs siyahısında olan Harput məhəlləsində tikildiyi gündən bu yana xeyli zəlzələ yaşanıb.

2020-ci ildə episentri Elazığ olan 6,8, daha sonra episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərin güclü hiss edildiyi tarixi ərazidə bir dənə də olsun dağıntıya rast gəlinməyib.

İtaliyadakı Piza qülləsindən daha əyri olduğu sübut edilən əyri minarə, Harput qalası və digər tarixi mehmanxana, hamam və malikanələrdə baş verən zəlzələlər zamanı bir daş belə düşməyib.

Humay İsgəndərova