"Məhkəmədə hər şey üzə çıxacaq" - Mehman Xəlilovun anası
    • 2-05-2023, 14:43
    • 1 104

"Məhkəmədə hər şey üzə çıxacaq" - Mehman Xəlilovun anası

"Məhkəmə olacaq, orada hər şey ortaya çıxacaq”. 

Bunu News24.az-açıqlamasında Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun anası deyib.

İdman müəlliminin evinə gedən əməkdaşımıza qısa açıqlama verən qadın bu haqda ətraflı danışmaq istəmədiyini deyib. O qeyd edib ki, məhkəmədə həqiqətlər ortaya çıxacaq.

Qeyd edək ki, Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən, M.Xəlilovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qumral ƏLİYEVA