-
- Bu gün, 12:30
- 370
Xına və alma sirkəsinin BİLMƏDİYİNİZ FAYDALARI
Xına və alma sirkəsi illərdir sağlamlıq və gözəllik sahəsində tanınan və istifadə edilən təbii məhsullardır. Xına antiseptik xüsusiyyətləri ilə seçilərkən, sirkə də antibakterial təsir göstərir. Bu iki komponentin birləşməsi həm dəriyə, həm də saça qulluq üçün güclü təsir yaradır. Dəri xəstəlikləri və mikrob problemləri ilə mübarizədə xüsusilə təsirlidir.
News24.az xəbər verir ki, bu qarışım sinir sisteminə müsbət təsir göstərir.
Bədəndə 4 min sinir hüceyrəsinin eyni vaxtda aktivləşməsini təmin edir, beləliklə, nahiyədəki şişi (ödemi) aradan qaldırır. Bu təsir bədəndə yığılmış mikrobların aradan qaldırılmasına imkan verir və tər məsamələrindən toksinlərin çıxarılmasına kömək edir.
Yorğunluq, depressiya kimi psixi problemləri olan insanlar bu qarışımı saç dərisinə sürdükdə sinir hüceyrələrinin aktivləşməsi sayəsində bu kimi pozğunluqların yaranma riskini azalda bilərlər.
Bədəndən toksinlərin çıxarılmasına kömək edən ənənəvi üsul kimi ayaqların altına xına çəkmək ön plana çıxır. Şişkinlik və ödem kimi problemlərin qarşısını alır və qan dövranı sistemini stimullaşdıraraq qan axınını sürətləndirir. Ayaq göbələklərinin əmələ gəlməsinin və pis qoxunun yaranmasının qarşısını alır. Bu üsul parlaq və sağlam ayaq dırnaqları üçün də tövsiyə olunur. Mənəvi mənada istirahət təmin edir, stressi azaltmağa və dincliyi artırmağa kömək edir.
Məryəm İlhamqızı